Cari mövsümdə Avropa ölkələrinin yüksək liqalarında keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların yeni siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, 9 klubun olduğu siyahıda Azərbaycan çempionu "Qarabağ" da yer alıb.

Ağdam klubu Azərbaycan Premyer Liqasındakı ilk 7 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. ölkə çempionunun 3-cü turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
 
Lüksemburqda "Düdelanj" (7), Yunanıstanda "Panatinaikos" (6), Maltada "Birkirkara" və "Hamrun" (hər ikisi 5), Ukraynada "Dnepr-1" (4), San Marinoda "Pennarossa" (3), "Tre Penne" və "Fiorita" (hər ikisi 4) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
 
Geridə qoyduğumuz həftədə İspaniyada "Real", Portuqaliyada "Benfika", Belçikada "Antverpen", Macarıstanda "Ferentsvaroş" kimi komandalar xal itirərək bu siyahını tərk etmək məcburiyyətində qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest