04 Oktyabr 2022, 15:20
DÇ-2026
"Vilyarreal"ın hücumçusu Jerar Moreno 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər. Matc.az xəbər verir ki, futbolçu zədəsini sağaltmağa davam edir və İspaniya millisi ilə Dç-2022-də çıxış etmək üçün artıq intensiv məşqlərə başlayıb.
30 yaşlı ispaniyalı forvard sentyabrın 11-də, "Betis"lə oyunda (1:0) zədələnib. O, reabilitasiya zamanı yaranan fəsadlara görə oktyabrın sonuna kimi sağalacaq.
İspaniya millisinin dünya çempionatı üçün heyətinin noyabrın əvvəlində açıqlanacağı bildirilir.
2022-ci ildə Qətərdə keçiriləcək Dç noyabrın 20-də başlayacaq.