Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı bu ölkənin hakimiyyətinin qadağalar tətbiq etdiyi barədə məlumatlar yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, Qətərdə spirtli içkilərin qəbulu, açıq-saçıq geyinmək qadağan edilib.
 
Matc.az xəbər verir ki, Qətər hakimiyyəti bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, yayılan məlumatın heç bir əsası yoxdur:
 
"İnternetdə yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. Yanlış və hətta yalan məlumatlar ehtiva edir. Yalnız rəsmi mənbələrindən məlumat əldə etməyi tövsiyə edirik".
 
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest