Futbol üzrə Niderland millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün geniş heyəti açıqlanıb. Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Lui Van Qal ilkin siyahıya 39 futbolçunun adını daxil edib.

Hazırda heyətdə 5 qapıçı, 14 müdafiəçi, 9 yarımmüdafiəçi və 11 hücumçu var. Yekun heyətdə isə 26 oyunçu yer alacaq.

Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Niderland Qətər, Ekvador və Seneqalla birlidikdə A qrupunda mübarizə aparacaq.

Qapıçılar: Castin Beylo ("Feyenoord"), Yasper Sillesen ("NEK Neymegen"), Remko Pasveer ("Ayaks"), Mark Flekken ("Frayburq", Almaniya), Andris Noppert ("Herenveen");

Müdafiəçilər: Deyli Blind, Yurrien Timber, Devayn Renç (hamısı "Ayaks"), Natan Ake ("Mançester Siti", İngiltərə), Mitçell Bakker ("Bayer", Almaniya), Sven Botman ("Nyukasl", İngiltərə), Vircil van Deyk ("Liverpul", İngiltərə), Denzel Dumfris ("İnter", İtaliya), Ceremi Frimponq ("Bayer", Almaniya), Matteys de Liqt ("Bayern", Almaniya), Tayrell Malasiya ("Mançester Yunayted", İngiltərə), Paskal Streyk ("Lids", İngiltərə), Mikki van de Ven ("Volfsburq", Almaniya), Stefan de Vrey ("İnter", İtaliya);

Yarımmüdafiəçilər: Yordi Klasi ("Alkmaar"), Rayan Qravenberx ("Bayern", Almaniya), Frenki de Yonq ("Barselona", İspaniya), Devi Klaassen ("Ayaks"), Ten Kopmeyners ("Atalanta", İtaliya), Marten de Ron ("Atalanta", İtaliya), Xavi Simons (PSV), Kennet Teylor ("Ayaks"), Qus Til (PSV);

Hücumçular: Stiven Berqeys, Stiven Berqveyn, Brayan Brobbi (hamısı "Ayaks"), Memfis Depay ("Barselona", İspaniya), Kodi Qakpo (PSV), Arno Danjuma ("Vilyarreal", İspaniya), Vinsent Yanssen ("Antverpen", Belçika), Luk de Yonq (PSV), Noa Lanq ("Brügge", Belçika), Donyell Malen ("Borussiya", Dortmund, Almaniya), Vaut Veqhorst ("Beşiktaş", Türkiyə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest