"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, doğma meydanda 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransı bunları söyləyib:
 
"Oyundan əvvəl də bilirdik ki, çətin olacaq. Son turdakı məğlubiyyətdən sonra "Neftçi"nin bu gün meydana motivasiya ilə çıxacağı məlum idi. Bizim də öz məqsədlərimiz var idi. Təəssüf ki, rəqib bizi meydanda üstələdi və layiqli qələbə qazandı. Oyunun əvvəlində erkən qol buraxmağımız komandamıza mənfi təsir etdi. Buraxdığımız qollar həlledici oldu. 
 
Əslində oyuna yaxşı başlamışdıq. Qola qədər 2-3 dəfə əks-hücumlarda rəqibi yaxalamışdıq. Bir epizodda hətta üçə bir çıxdıq. Amma təəssüf ki, həmin epizoddan faydalana bilmədik. Erkən qoldan sonra komandamız sanki özünə gələ bilmirdi. ümumiyyətlə, bu mövsüm çox ucuz qollar buraxırıq. Belə qollar buraxdıqca vəziyyətimizi düzəltmək çətinləşir. Xüsusən də iddialı komandalarla matçlarda ucuz qollar buraxırıq. Buraxdığımız qolların çoxunda fərdi səhvlərə yol veririk. Futbolçunun kobud texniki səhvi, yaxud diqqətsizliyi rol bunda rol oynayır.
 
Bu gün ikinci, üçüncü qolları dördlü müdafiəyə keçdikdən sonra buraxdıq. "Qarabağ"la oyunda da 1:1 olarkən dördlü müdafiəyə keçdik və qapımızda 6 qol gördük. Bu gün məcburiyyətdən üçlü müdafiə ilə meydana çıxmışdıq. Heyətdəki itkilər bizi buna məcbur etmişdi.
 
Künc zərbəsi zamanı buraxdığımız ikinci qol bir qədər şübhəli idi. Amma deməzdim ki, rəqib bizi VAR-ın yoxluğuna görə üstələdi. Bu məğlubiyyət bizi üçüncü pillədən bir qədər geri saldı. Bu da planlarımıza daxil deyil. Növbəti tur Qəbələyə səfər edəcəyik. çalışacağıq ki, həmin oyunda daha yaxşı çıxış edək".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest