Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-də və 6-da "Süleyman Seba" idman arenasında üz-üzə gələcəklər.

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir təyinat alıblar. Matc.az xəbər verir ki, onlar kişi həndbolçuların EHF Avropa kuboku turnirində Türkiyənin "Beşiktaş Yurtbay Seramik" və Litvanın "HC Qranitas-Karis Kaunas" komandalarının görüşlərini idarə edəcəklər.
 
Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-də və 6-da "Süleyman Seba" idman arenasında üz-üzə gələcəklər.
 
Beynəlxalq dərəcəli hakim inspektor İskəndər Əsgərov da yeni təyinat alıb. O, Bolqarıstanın "HC Lokomotiv G. Oryahovitsa" və Niderlandın "Kembit-Lions" komandalarının EHF Avropa kuboku turnirinin ikinci mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest