Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, mübarizəyə 1-ci raunddan başlayan çingiz Əzimovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığmasının qonağı olub.
 
Paredes şəhərinin "Multiusos de Paredes" arenasında oynanılan görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb.
 
Xatırladaq ki, bu komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest