Kişi həndbolçular arasında Azərbaycan çempionatında 2-ci turun matçları keçirilib. Matc.az xəbər verir ki, növbəti oyun günündə meydana əvvəlcə "Bakı" və "Məhsul" komandaları çıxıblar.
 
Görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb – 21:21. Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən "Məhsul" son çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib - 25:24.
 
Günün digər oyunlarında "İdman Akademiyası" kollektivi RİOEUGİM komandasına 34:30, "Təhsil" isə U-16-ya 46:22 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest