"Sportico"nun tərtib etdiyi reytinqinə görə, "Real" dünyanın ən dəyərli klubudur.

"Sportico"nun tərtib etdiyi reytinqinə görə, "Real" dünyanın ən dəyərli klubudur.

Matc.az xəbər verir ki, bu barədə portalın mətbuat xidməti məlumat yayıb.

Madrid klubunun dəyəri 7,7 milyard dollar olaraq qiymətləndirilib. "Real" bu göstəriciyə əsasən "Barselona" (6,65 milyard dollar) və "Mançester Yunayted" (6,47 milyard dollar) komandalarını geridə qoyub.

İngiltərə Premyer Liqasının 6 klubu ilk onluğa daxil olub, TOP-50-likdə isə daha çox MLS klubları yer alıb - 18.

Reytinqin klubların televiziya yayımlarından, reklamlardan və kommersiya fəaliyyətlərindən, eləcə də bilet və mövsüm biletlərinin satışından əldə etdikləri gəlirlərə əsaslanıb. Transfer gəlirləri isə daxil edilməyib.

Dünyanın ən dəyərli 10 klubu:

1. "Real" (La Liqa) – 7,7 milyard dollar
2. "Barselona" (La Liqa) – 6,65 milyard dollar
3. "Mançester Yunayted" (İPL) – 6,47 milyard dollar
4. "Bavariya" (Bundesliqa) – 5,78 milyard dollar
5. "Liverpul" (İPL) – 5,74 milyard dollar
6. "Mançester Siti" (İPL) – 5,7 milyard dollar
7. "Arsenal" (İPL) – 5,43 milyard dollar
8. PSJ (Liqa 1) – 5 milyard dollar
9. "Çelsi" (İPL) – 4 milyard dollar
10. "Tottenhem" (İPL) – 3,5 milyard dollar

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest