16 Noyabr 2022, 11:00
DÇ-2026
Fransa millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, Almaniyanın "Leypsiq" klubundan yığmaya çağırılmış Kristofer Nkunku zədələndiyi üçün siyahıdan çıxarılıb.
Onu "Ayntraxt"dan Randal Kolo Muani əvəzləyib.
Daha əvvəl Fransa seçməsində zədəli Presnel Kimpembenin yerinə Aksel Disasi milliyə cəlb olunmuşdu.
Fransa yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Danimarka, Avstraliya və Tunis ilə birlikdə D qrupunda mübarizə aparacaq.