16 Noyabr 2022, 12:25
DÇ-2026
Futbol üzrə Argentina yığmasının azarkeşləri Qətərdə keçiriləcək dünya çempionatından öncə Fransa yığmasının oyunçularını təhqir edən mahnı oxuyublar. Matc.az xəbər verir ki, cənubi amerikalılar bu ölkənin yığma komandasında Afrika əsilli futbolçuların çox olmasına diqqət çəkiblər.
Belə ki, argentinalı fanatların oxuduğu mahnıda bu sözlərə yer verilib: "Qulaq asın! Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandırlar. Onların uzaqlaşması necə də gözəldir. Mbappe kimi fransız qadınlarla sekslə məşğul olurlar. Anaları Nigeriyadan, ataları Kamerundandır, amma sənədlərə görə fransızdırlar!"
Qeyd edək ki, Fransa yığması Dç-2022-nin qrup mərhələsində Avstraliya (22 noyabr), Danimarka (26 noyabr) və Tunislə (30 noyabr) bir qrupda mübarizə aparacaq. Bu ölkənin yığması 1998 və 2018-ci illərdə dünya çempionu olub.