Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında üç ölkənin baş məşqçiləri çoxluq təşkil edir. Matc.az xəbər verir ki, Argentina, Portuqaliya və İspaniyanın mütəxəssisləri 3 fərqli komandanın sükanı arxasındadırlar.
 
Argentinalı Lionel Skaloni ölkəsinin yığmasında işləyirsə, onun həmyerlilərindən Qustavo Alfaro Ekvador seçməsinin, Gerardo Martino Meksikanın uğurları üçün çalışır.
 
Portuqaliyalı Fernando Santos ikinci dəfə ölkəsinin komandası ilə mundialda çıxış edəcək. Digər portuqaliyalılar Karlos Keyroş İran komandasına, Paulo Bento Cənubi Koreya kollektivinə rəhbərlik edir.
 
Bu iki ölkə kimi, İspaniya millisi də yerli mütəxəssisə - Luis Enrikeyə etimad göstərir. Digər ispaniyalılar - Roberto Martines Belçika, Feliks Sançes isə Qətər yığmasında işləyir.
 
ölkəsi turnirdə iştirak etməyən kolumbiyalı Luis Fernando Suares isə Kosta-Rika millisinin sükanı arxasındadır.
 
Argentina - Qustavo Alfaro (Ekvador), Gerardo Martino (Meksika), Lionel Skaloni (Argentina).
 
Portuqaliya - Paulo Bento (Cənubi Koreya), Karlos Keyroş (İran), Fernando Santos (Portuqaliya)
 
İspaniya - Roberto Martines (Belçika), Feliks Sançes (Qətər), Luis Enrike (İspaniya)
 
İngiltərə - Con Herdman (Kanada), Qaret Sautqeyt (İngiltərə)
 
Fransa - Herve Renard (Səudiyyə Ərəbistanı), Didye Deşam (Fransa)
 
Avstraliya - Qraham Arnold (Avstraliya)
 
Braziliya - Tite (Braziliya)
 
Kamerun - Riqobert Sonq (Kamerun)
 
Xorvatiya - Zlatko Daliç (Xorvatiya)
 
Kolumbiya - Luis Fernando Suares (Kosta-Rika)
 
Danimarka - Kasper Yulmann (Danimarka)
 
Almaniya - Hansi Flik (Almaniya)
 
Qana - Otto Oddo (Qana)
 
Yaponiya - Moriyasu Hadzime (Yaponiya)
 
Mərakeş - Valid Reqraqi (Mərakeş)
 
Niderland - Lui Van Qal (Niderland)
 
Polşa - çeslav Mixneviç (Polşa)
 
Seneqal - Aliu Sisse (Seneqal)
 
Serbiya - Draqan Stoykoviç (Serbiya)
 
İsveçrə - Murat Yakın (İsveçrə)
 
Tunis - Jalel Kadri (Tunis)
 
ABŞ - Qreqq Berhalter (ABŞ)
 
Uruqvay - Dieqo Alonso (Uruqvay)
 
Uels - Rob Peyc (Uels)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest