Azərbaycanı çağırış Kubokunda təmsil edən "Murov" voleybol komandasının növbəti rəqibi dəqiqləşib. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisinin 1/8 final mərhələsindəki rəqibi Niderlandın "Orion" kollektivi olacaq.
 
1/16 finalda Lüksemburqun "Stroosen" klubu ilə qarşılaşan niderlandlılar 3:0 (25:18, 25:8, 25:13) hesablı qələbə qazanıblar. Tərəflər arasındakı ilk görüş də bu hesabla başa çatıb.
 
1/8 final görüşlərinin dəqiq vaxtı qarşıdakı günlərdə açıqlanacaq.
 
Xatırladaq ki, "Murov" 1/16 final mərhələsində Avstriyanın "UVC Qraz" komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest