18 Noyabr 2022, 12:17
DÇ-2026
Argentina millisi bu il Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib. Matc.az xəbər verir ki, İtaliyanın "İnter" klubundan yığmaya cəlb olunan Xoakin Korrea mundialı buraxacaq.
28 yaşlı hücumçu sol ayağından zədə alıb. Korreanın yerinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən "Atlanta"nın hücumameyilli yarımmüdafiəçisi Tyaqo Almada cəlb olunub.
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.