Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan edilib. Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilib ki, satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda mümkün olacaq. Stadionlarda yalnız spirtsiz pivə satılacaq.
 
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
 
Qeyd edək ki, İslamın dövlət dini kimi qəbul edildiyi Qətərdə ictimai yerlərdə spirtli içki qəbul etmək qəti qadağandır. Yalnız Dohadakı bəzi otellərdə buna icazə verilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest