"Transfermarkt" internet portalı sabah Qətərdə start götürəcək dünya çempionatının ümumi dəyərinə görə ən bahalı on milli komandasının adını açıqlayıb. Matc.az xəbər verir ki, ilk "üçlüy"ə İngiltərə, Braziliya və Fransa milliləri daxil olub. 
 
Yalnız bu üç komandanın tərkibinin dəyəri 1 milyard avronu keçib. 
 
İngiltərə (1,26 milyard avro).
Braziliya (1,14 milyard avro).
Fransa (1,03 milyard avro).
Portuqaliya (937 milyon avro).
Almaniya (886 milyon avro).
İspaniya (872 milyon avro).
Argentina (645 milyon avro).
Hollandiya (587 milyon avro).
Belçika (563 milyon avro).
Uruqvay (450 milyon avro).
 
Dünya çempionatı sabah, noyabrın 20-də Qətər və Ekvador komandalarının açılış matçı ilə başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest