19 Noyabr 2022, 21:22
DÇ-2026
"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dini inancının həyatındakı rolu barədə danışıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Qvineya əsilli fransalı futbolçu karyerası ilə bağlı məsələlərdə dini önəmli hesab edir:
"Karyeramla bağlı vacib qərarlar verməzdən öncə dua edirəm. özümlə harmoniyada olmağa mənə kömək edir".
Fransalı yarımmüdafiəçi Dç-2022-də zədə səbəbindən iştirak edə bilməməsi barədə belə deyib:
"Tanrının mənim üçün başqa planları var idi".
Poqba bu yay "Mançester Yunayted"dən "Yuventus"a azad agent kimi keçib.