Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi Qətərdə keçiriləcək dünya çempionatında Səudiyyə Ərəbistanına qarşı keçirəcəkləri ilk oyunu buraxa bilər. Matc.az xarici mətbuat istinadən xəbər verir ki, təcrübəli futbolçu bu gün baş tutan məşqdə cəmi 10 dəqiqə iştirak edib.
 
Messi hazırlıq zamanı topsuz məşqlərlə kifayətlənib. Bu isə onun mundialdakı ilk matçda iştirak etməyəcəyi barədə ehtimalların yaranmasına səbəb olub.
 
Xatırladaq ki, Argentina və Səudiyyə Ərəbistanı arasındakı qarşılaşma noyabrın 22-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest