İngiltərə, Uels, Belçika, Danimarka, Almaniya, Niderland və İsveçrə FİFA-nın xəbərdarlığından sonra Dç-2022-də "One Love" yazılan kapitanlıq sarğısı taxmaqdan imtina ediblər. Matc.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin federasiyaları birgə bəyanat yayıblar.
 
Bəyanatda bildirilib ki, qərar barədə milli komandaların kapitanları da məlumatlandırılıb:
 
"FİFA açıq şəkildə bildirdi ki, kapitanlarımız meydançada göy qurşağı sarğısı taxarsa, idman sanksiyaları tətbiq ediləcək. Milli federasiyalar olaraq biz futbolçularımızı idman sanksiyaları, o cümlədən xəbərdarlıqlarla üzləşə biləcək vəziyyətə sala bilmərik. Ona görə də, kapitanlardan dünya çempionatı oyunlarında onları geyinməmələrini xahiş etdik".
 
Bəyanatda federasiyaların FİFA-nın hərəkətlərindən məyus olduqları və "One Love"ni başqa yollarla dəstəkləyəcəkləri vurğulanıb.
 
Qərara əsasən, kapitanlar meydana "One Love" kapitanlıq sarğısında çıxsalar, oyunun startından əvvəl sarı vərəqə alacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest