"Bütün bu məhdudiyyətlərə görə ayıb olsun. Futbolçuların otelinin qarşısında durub sarğı taxıram"

Danimarkalı jurnalist Con Paq Qətər polisindən şikayətlənib. Paqın sözlərinə görə, səhrada reportaj hazırlamaq üçün "OneLove" kapitan sarğısını qoluna keçirsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onun yanına gəliblər.
 
"Bütün bu məhdudiyyətlərə görə ayıb olsun. Futbolçuların otelinin qarşısında durub sarğı taxıram. Beş dəqiqədən sonra polis gəldi, məni tutub dedi ki, sarğını çıxar. "Niyə?" sualına cavab verirlər ki, qola belə sarğı taxmaq qadağandır. Bu, təəccüblü və şokedicidir" – deyə, jurnalist qeyd edib.
 
O bildirib ki, Dohadan 30 kilometr aralıda səhrada olsa belə, əcnəbi jurnalist kimi Qətər polisi onu izləyir: "Bu, hazırda burada vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Onlara dedim ki, sarğı çıxarmaq fikrində deyiləm".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest