22 Noyabr 2022, 16:31
DÇ-2026
Lionel Messi Argentina millisinin tarixinə düşüb. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialın Səudiyyə Ərəbistanına qarşı keçirilən ilk turunun oyununda fərqlənməklə nail olub.
Messi Argentina yığmasında 4 mundialda (2006, 2014, 2018 və 2022) fərqlənən ilk oyunçu adına sahib çıxıb. O, Dieqo Maradona (1982, 1986, 1994) və Qabriel Batistutanın (1994, 1998 və 2002) rekordunu geridə qoyub.
Argentina yığması Səudiyyə Ərəbistanı millisi ilə oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşib.