Belçikalı yarımmüdafiəçi Kevin de Bruyne Dç-2022-nin qrup mərhələsində Kanada üzərində qələbəni (1:0) şərh edib. Matc.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu matçın ən yaxşısı seçilməyə layiq oyun sərgiləmədiyini bildirib:
 
"Pis oynadım. Bilmirəm, niyə bu mükafatı aldım. Komanda olaraq çox yaxşı oynamadıq, xüsusən də, birinci hissədə".
 
F qrupuna Belçika başçılıq edir (3 xal). Mərakeş ikinci (1 xal), Xorvatiya üçüncü (1 xal), Kanada isə sonuncudur (0 xal).
 
Noyabrın 27-də Belçika Mərakeş, Xorvatiya isə Kanada millisi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest