Frsansanın "Anje" klubu baş məşqçi Jerald Batiklı istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onu müvəqqəti olaraq Abdel Buazama əvəzləyəcək.
 
"Anje" bütün yarışlarda ardıcıl 8 oyunda uduzub. Fransa Liqa 1-də komanda 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu- 20-ci pilləsində qərarlaşıb.
 
Batikl 2021-ci ilin mayından komandanı çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest