Azərbaycanın kişilərdən ibarət "Murov" voleybol klubu Niderlandın "Orion" komandası ilə çağırış Kubokunun 1/8 final oyunlarına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirib. Matc.az xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı kollektiv ölkə çempionatının debütantı "Xarı Bülbül"lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
 
Sonradan məşqçilərin razılığı əsasında tərəflər arasında daha bir set oynanılıb. Son ölkə çempionu bu dəfə də rəqibini üstələyib - 29:27.
 
"Murov" Niderland təmsilçisinə qarşı ilk oyununu dekabrın 1-də səfərdə keçirəcək. Cavab matçı isə dekabrın 15-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest