Kişi voleybolçulardan ibarət "Murov" klubu çağırış Kubokunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda "Orion"la üz-üzə gəlib. 
 
Görüş rəqibin 3:1 (29:27, 19:25, 25:12, 25:19) hesablı qələbəsi ilə başa çatıb.
 
Komandalar arasında cavab görüşü dekabrın 15-də Bakıda olacaq.
 
Xatırladaq ki, "Murov" 1/32 finalda Xorvatiyanın "Kitro Varazdin", 1/16 finalda isə Avstriyanın "UVC Qrats" komandasını mübarizədən kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest