05 Dekabr 2022, 15:19
DÇ-2026
Futbol üzrə Fransa millisinin qapıçısı Uqo Lyoris iki rekordu təkrarlayıb. Matc.az xəbər verir ki, 36 yaşlı qapıçı Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Polşa ilə görüşdə buna nail olub.
Lyoris komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda meydana çıxmaqla Fransa yığması tarixində ən çox iştirak edən oyunçu rekorduna şərik olub. "üçrənglilər"in heyətində 142 qarşılaşmada çərçivəni qoruyan qapıçı rekordçu Lilian Türama çatıb.
Lyoris, həmçinin, millisinin heyətində dünya çempionatlarında ən çox çıxış edən Tyerri Anri və Fabyen Bartezi də yaxalayıb. Hər üç oyunçunun mundiallarda aktivində 17 matç var. Kapitan Dç-2022-nin 1/4 final mərhələsində İngiltərə ilə dekabrın 10-da keçiriləcək matçda meydana çıxarsa, hər iki rekordu yeniləməklə tarixə düşəcək.