Braziliya millisi 68 ildən sonra ilk dəfə dünya çempionatında bir oyunun ilk hissəsində 4 qol vurub. Matc.az xəbər verir ki, "sambaçılar" bunu Dç-2022-nin Cənubi Koreya yığmasına qarşı keçirdikləri pley-off görüşündə (4:1) bacarıb.
 
Onlar sonuncu dəfə Dç-1954-də Meksika ilə qarşılaşmada (5:0) bunu edə bilib. Titenin çalışdırdığı komanda Dç-1950-dən sonra ilk dəfə matçın 36-cı dəqiqəsinədək 4 dəfə rəqibi məyus edə bilib.
 
Braziliya millisi 1/4 finalda Xorvatiya yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest