Qətərdəki dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Mərakeşə qarşı oyun İspaniya millisinin futbolçuları Qavi və Serxio Buskets üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Qavi Braziliya millisinin sabiq hücumçusu, üçqat dünya çempionu Peledən sonra mundialların pley-off mərhələsində çıxış edən ən gənc futbolçu olub - 18 yaş 23 gün. Əfsanəvi "sambaçı" isə pley-off matçında meydana çıxarkən 17 yaş 249 günlüyündə olub.
 
Buskets isə İspaniya millisində rekordu təkrarlayıb. Oyuna start heyətdə başlayan dayaq yarımmüdafiəçisi İker Kasilyasla Serxio Ramosa çatıb. Hər 3 futbolçu dünya çempionatlarında 17 oyun keçirib.
 
Həm Qavi, həm də Buskets "Barselona"nın formasını geyinir.
 
İspaniya yığması Mərakeşə penaltilərlə uduzaraq dünya çempionatı ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest