07 Dekabr 2022, 10:35
DÇ-2026
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İsveçrə ilə oyunu Portuqaliya millisinin futbolçusu Qonsalo Ramos üçün əlamətdar olub. Matc.az xəbər verir ki, baş məşqçi Fernando Santos bu matçda gözlənilməz qərar qəbul edərək komandanın lideri Kristiano Ronaldonu ehtiyatda saxlamış, əvəzində məhz 21 yaşlı forvarda şans vermişdi.
Baş məşqçinin bu qərarı özünü artıqlaması ilə doğrultdu. Məsələ burasındadır ki, Dç-2022-də ilk dəfə start heyətdə meydana daxil olan "Benfika"nın forvardı bu oyunda het-trikə imza atdı. O, işini layiqincə gördükdən sonra 73-cü dəqiqədə məhz Kristiano Ronaldo ilə əvəzləndi.
Qonsalo Ramos bu het-triklə 20 illik həsrətə son qoyub. O, 2002-ci ildən bu yana start heyətdə yer aldığı ilk matçda het-trk edən ilk futbolçudur. Son belə uğur Almaniya millisinin üzvü Miroslav Klozeyə məxsus idi.
Ramos həm də 1962-ci ildə oxşar uğura imza atan macarıstanlı Florian Albertdən (20 yaş, 261 gün - Bolqarıstanla matç) sonra ən gənc ikinci oyunçu (21 yaş, 169 gün) adına sahib çıxıb.