Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək "Qarabağ" – "Qəbələ" qarşılaşmasının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri bu gün iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də "Azersun Arena"nın kassasından almaq mümkündür.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Sabah keçiriləcək "Qarabağ" – "Qəbələ" matçına saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest