Hansi Flik Almaniya yığmasının baş məşqçisi postunu tərk edə bilər. Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin yerinə əsas namizəd Tomas Tuxeldir.
 
Flikin milli komanda ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Lakin bundestimin Dç-2022-də qrupdan çıxa bilməməsi onun postunu laxladıb.
 
Almaniya millisi yer aldığı E qrupunda üçüncü yeri tutaraq, 1/8 final mərhələsinə vəsiqə qazana bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest