İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş futbolçusu Andrey Kançelskis İspaniya millisinin dünya çempionatını tərk etməsinə münasibət bildirib. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kançelskis ispanları oyun satmaqda ittiham edib:
 
"2018-ci ildə İspaniya millisi oyunu Rusiyaya satdı, indi isə Yaponiyaya. İlk oyunda göstərdikləri normal futbolu oynasaydılar… Amma nədənsə, futbol oynamaq istəmədilər.
 
Nə baş verdi? Futbol tanrısı onları cəzalandırdı. Fırıldaqçıları və yaramazları həmişə belə aqibət gözləyir. Futbol oynamaq lazımdır! Hər matçı sonuncu matçınız kimi oynayın! Futbol tanrısı var və o, xəyanət edənləri cəzalandırır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest