Futbol üzrə Rusiya millisinin əslən azərbaycanlı keçmis yarımmüdafiəçisi Aleksandr Səmədov Dç-2022-nin yarımfinal mərhələsi haqda danışıb. Matc.az xəbər verir ki, o, Argentina – Xorvatiya görüşündə hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb:
 
"Xorvatiya ilə matçda Argentinaya azarkeşlik edəcəm. Düşünürəm ki, bu mərhələdə favorit yoxdur. Hər iki komanda artıq özünü sübut edə bilib. Yarımfinal şansları 50-nin 50-yədir".
 
Argentina millisi bu gün Dç-2022-nin yarımfinalında Xorvatiya ilə qarşılaşacaq. Növbəti yarımfinal görüşündə Fransa Mərakeş yığması ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest