14 Dekabr 2022, 11:58
DÇ-2026
Argentina prezidenti Alberto Fernandes milli komandanın Dç-2022-nin yarımfinal mərhələsinin Xorvatiya ilə görüşünü dəyərləndirib. Matc.az xəbər verir ki, ölkə başçısı komanda işinin əhəmiyyəti barədə danışıb:
"Oyunçular, məşqçilər heyəti və bütün nümayəndə heyəti Argentinanı ən yüksək nöqtəyə gətirə bildilər. Onlar bir daha göstərdilər ki, uğura gedən yol həmişə komanda işindən keçir".
Argentina millisi Dç-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi Dç-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.