Naməlum şəxslər fransız azarkeşlərin olduğu avtomobilə yaxınlaşaraq, Fransanın bayrağını qoparmağa başlayıblar. Sürücü qəfildən avtomobili hərəkətə gətirəndə 14 yaşlı uşaq xəsarət alıb və klinikada dünyasını dəyişib.
Dünya çempionatının yarımfinalında keçirilən Fransa – Mərakeş oyunundan sonra Monpolye şəhərində hər iki komandanın azarkeşləri arasında kütləvi iğtişaşlar yaranıb. Matc.az xəbər verir ki, qarşıdurmalar zamanı bir nəfər həyatını itirib.
Belə ki, Monpelyedə 14 yaşlı yeniyetmə azarkeş münaqişələr nəticəsində dünyasını dəyişib. Bundan əvvəl fransızlarla etnik mərakeşlilər arasında kütləvi atışmaların olduğu bildirilirdi.
Naməlum şəxslər fransız azarkeşlərin olduğu avtomobilə yaxınlaşaraq, Fransanın bayrağını qoparmağa başlayıblar. Sürücü qəfildən avtomobili hərəkətə gətirəndə 14 yaşlı uşaq xəsarət alıb və klinikada dünyasını dəyişib.
Qeyd edək ki, Fransa millisi Dç-2022-nin 1/2 final mərhələsində Mərakeşi 2:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Didye Deşamın komandası finala yüksəlib. Həlledici oyun dekabrın 18-də Lusail şəhərində keçiriləcək.
Mərakeş isə Xorvatiya ilə üçüncü yer uğrunda görüşə çıxacaq. Görüş dekabrın 17-də Dohada baş tutacaq.