Qətərdə təşkil olunan dünya çempionatında artıq finalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, Argentina Xorvatiyanı 3:0, Fransa isə Mərakeşi 2:0 hesabı ilə məğlub edərək, həlledici oyuna vəsiqə qazandı. İndi hamını maraqlandıran bir sual var: Dünya Kubokunu kim qazanacaq?

Bunun cavabını hamıdan öncə "Five Thirty Eight" superkompüteri verib. O, qızıl medal uğrunda mübarizədə komandaların şanslarını qiymətləndirib. Kompüter komandaların hücum və müdafiədəki gücünü əks etdirən "Soccer Power Index" adlanan göstəriciyə əsaslanır. Superkompüterin məlumatına görə, qələbəyə əsas iddiaçı argentinalılardır.

Cənubi Amerika komandası qrup mərhələsinin ilk oyununda Səudiyyə Ərəbistanına sensasiyalı şəkildə məğlub oldu - 1:2. Lakin sonra Argentina iki qələbə qazanaraq (Meksika və Polşa), birinci yerdən 1/8 finala yüksəlib. Pley-off mərhələsinin ilk mərhələsində Argentina Avstraliyaya 2:1 hesabı ilə qalib gəlib, 1/4 finalda dramatik görüşdə Niderland (2:2 (4:3 pen.), yarımfinalda isə Xorvatiyadan güclü olub. Komandanın lideri Lionel Messinin 6 oyunda 5 qolu var.

Hazırkı dünya çempionları turnirə Avstraliya yığmasını məğlub etməklə başlayıb - 4:1, qrup mərhələsinin 2-ci turunda isə Danimarkanı yenərək  (2:1), vaxtından əvvəl pley-offa yüksəlib. Tunisdən məğlubiyyət (0:1) fransalıları qrupda ikinci pilləyə salmadı. 1/8 finalda Fransa Polşa millisini (3:1), 1/4 finalda İngiltərəni məğlub etdi - 2:1. Fransızlar yarımfinalda mərakeşlilərdən güclü olub - 2:0. Komandanın ulduzu Kilian Mbappe də Messi kimi 5 qol vurub.

Daha əvvəl superkompüter Dç-2022-nin hər iki yarımfinal -  Argentina - Xorvatiya və Fransa - Mərakeş oyunlarının nəticələri ilə bağlı proqnoz vermişdi: Kompüter argentinalıların və fransızların finalda çıxışını düzgün proqnozlaşdırıb.

Qeyd edək ki, Argentina – Fransa finalı  dekabrın 18-də  keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest