Rusiyanın paytaxtı Moskvada pauerliftinqin AWPC/WPC versiyası üzrə Dünya Kuboku keçirilib. Matc.az xəbər verir ki, 300-ə yaxın idmançının mübarizə apardığı yarışda Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrin idmançıları qüvvələrini sınayıblar.
 
Azərbaycanın əməkdar idman ustası, beynəlxalq dərəcəli idman ustası, dəfələrlə dünya və Avropa çempionu, mütləq dünya çempionu, dünya və Avropa rekordçusu, 110 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Azərbaycan Stronqmen və Güc İdman növləri yığmasının üzvü Zaur Cəfərov A/WPC versiyası üzrə pauerliftinq idman növünün "bench press" hərəkətində 262,5 kq nəticə ilə 6-cı dəfə dünya çempionu olub. O, Azərbaycanın pauerliftinq tarixində ilk dəfə olaraq A/WPC üzrə ən yüksək dərəcə tələbini yerinə yetirərək "Elitar idmançı" tituluna yiyələnib.
 
Yığmanın diğər üzvləri Bayramov Şəmsi veteranlar arasında 110 kq cəki dərəcəsində AWPC versiyası üzrə pauerliftinqin "deadlift" hərəkətində 240 kq nəticə ilə 1-ci yerə, İsmayılov Aqşin 82,5 kq cəki dərəcəsində WPC versiyası üzrə pauerliftinqin "bench press" hərəkətində 290 kq nəticəylə 1-ci yerə və mütləq dünya çempionu adına layiq görülüblər.
 
Azərbaycan yığması komanda hesabında 3-cü yerə layiq görülüb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest