İngiltərə Premyer Liqasının 8 turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında rüsvayçı hesabla uduzub. Maykl Karrikin rəhbərlik etdiyi komanda “Old Trafford”da “Bornmut”a məğlub olub – 0:3.
Bununla, komanda daxilində gərginlik kulminasiya nöqtəsinə çatıb.
Mançester təmsilçisinin uğursuzluq seriyasını uzatması və turnir cədvəlinin aşağı pillələrinə doğru geriləməsi klub rəhbərliyini təcili addımlar atmağa məcbur edib.
Qonaqların vurduğu 3 qolla alınan yenilgi komandanın müdafiə xəttindəki Leni Yoro kimi gənc müdafiəçilərin biabırçı səhvlərini və hücumda effektsizliyini bir daha çılpaq şəkildə üzə çıxardı.
İngilis mediasının yazdığına görə, klub sahibi Ser Jim Retkliff və rəhbərlik Karriki istefaya göndərmək qərarını artıq tam yekunlaşdırıb və rəsmi açıqlama saatlar məsələsidi.
Rəhbərlik Karrikin əvəzinə dərhal sükan arxasına keçə biləcək təcrübəli və boşda olan mütəxəssislərdən ibarət qısa siyahı hazırlayıb. Əsas namizəd isə almaniyalı məşqçi Yulian Nagelsmanndır.













