Almaniya Bundesliqasında 2026/2027-ci illər mövsümünün 7-ci turunun oyunları başa çatıb. Matc.az xəbər verir ki, üç gün davam edən və bol qollu keçən tura bazar günü yekun vurulub.

Açılış görüşündə "Borussiya" (Münhenqladbax) səfərdə "Ştutqart" üzərində qələbə qazanıb. "RB Leypsiq" doğma divarlar arasında "Elversberq"i darmadağın edib (4:0), "Borussiya" (Dortmund) isə "Ayntraxt"ı tək qolla üstələyib.

Bazar gününün mərkəzi matçlarında isə "Hoffenhaym" "Bayer”ə (Leverkuzen) ağır zərbə vurub, son çempion "Bavariya" isə "Frayburq" səfərindən inamlı 3:1 hesablı qələbə ilə dönüb.

Bundesliqa oyunlarının nəticələri – 7-ci tur

 

23 oktyabr

"Ştutqart" – "Borussiya" (M) - 2:3

 

24 oktyabr

"Maynts" – "Verder" - 2:3

"RB Leypsiq" – "Elversberq" - 4:0

"Paderborn 07" – "Hamburq" - 1:0

"Auqsburq" – "Union Berlin" - 1:1

"Köln" – "Şalke 04" - 0:0

"Borussiya" (D) – "Ayntraxt" - 1:0

 

25 oktyabr

"Hoffenhaym" – "Bayer" - 3:0

"Frayburq" – "Bavariya" - 1:3

Bu turdan sonra çempionluq yarışında gərginlik pik həddə çatıb. "Bavariya" 7 oyundan topladığı 17 xalla top fərqinə görə liderliyini qoruyur. Eyni xala sahib olan "Borussiya" (D) 2-ci pillədə qərarlaşıb. İki lideri hərəyə 13 xalı olan "Frayburq" və "Bayer" izləyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest