İngiltərə Premyer Liqasında 2026/2027-ci illər mövsümünün 8-ci turunun oyunları başa çatıb. Matc.az xəbər verir ki, üç gün davam edən tur gözlənilməz nəticələrlə zəngin olub.
Tura "İpsviç Taun" və "Nottinqem Forest" arasındakı oyunla start verilib. Şənbə günü keçirilən mərkəzi görüşlərdən birində "Aston Villa" öz meydanında turnir cədvəlinin lideri "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edərək, sürprizə imza atıb.
"Arsenal" doğma divarlar arasında "Everton"u (2:0), "Fulhem" isə səfərdə "Koventri Siti"ni (1:0) üstələyib.
London derbisində "Tottenhem" səfərdə "Çelsi" üzərində 2:0 hesablı inamlı qələbə qazanıb.
"İpsviç Taun" - "Nottinqem Forest" – 1:1
"Aston Villa" - "Mançester Siti" – 2:1
"Koventri Siti" - "Fulhem" – 0:1
"Arsenal" - "Everton" – 2:0
"Çelsi" - "Tottenhem" – 0:2
"Liverpul" - "Brayton" – 2:0
"Mançester Yunayted" - "Bornmut" – 0:3
"Hall Siti" - "Brentford" – 0:0
"Kristal Pelas" - "Nyukasl Yunayted" – 0:2
"Sanderlend" - "Lids Yunayted" – 0:0
Qeyd edək ki, "Mançester Siti" 8 turdan sonra topladığı 21 xalla Premyer Liqada liderliyini qoruyur.













