23 Dekabr 2022, 23:45
DÇ-2026
25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.
Qətərdə keçirilmiş dünya çempionatının ən yaxşı qolu müəyyənləşib. Matc.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Braziliya millisinin hücumçusu Riçarlisonun qrup mərhələsinin ilk turunda Serbiya yığmasına vurduğu ikinci qol layiq görülüb.
25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.
Riçarlison səsvermədə həmyerlisi Neymarı, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsarini, Niderlanddan Kodi Qakponu, Argentinadan Entso Fernandesi, Kamerundan Vensan Abubakarı, Meksikadan Luis çavesi, Fransadan Kilian Mbappeni və Cənubi Koreyadan Pek Sın Xonu geridə qoyub.