26 Dekabr 2022, 15:33
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. Matc.az xəbər verir ki, tədbirdə çıxış edən federasiya prezidenti Azad Əsgərov 2022-ci ilin yekunu ilə bağlı hesabat təqdim edib.
Daha sonra federasiyanın təsis konfransında İdarə Heyəti və idman növləri üzrə vitse-prezidentlər seçilib. Azad Əsgərov təsis konfransı haqda danışıb. Yekunda o, yeni seçilən İdarə Heyətini təqdim edib:
1. Baş katib Rəmiş Malıyev
2. Qrapplinq üzrə I vitse-prezident Hüseynəli Abbaslı
3. Qrapplinq üzrə vitse-prezident Kamil Qocayev
4. MMA üzrə vitse-prezident çingiz Kişiyev
5. MMA və Pankration üzrə vitse-prezident Rəşad Seyfəddinov
Azad Əsgərov 2023-cü il üçün planlar haqqında ətrafl məlumat verib.
Sonra Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayev, Gənclər və İdman nazirliyinin nümayəndələri Sevda Mirzəyeva və Rəşad Rəsulov, Bakı şəhəri Baş Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov idman ictimayyətinə öz fikirlərini çatdırıblar.
Tədbir 2022-ci il ərzində müxtəlif beynəlxalq yarışlarda iştirak edən MMA idman növü üzrə peşəkar döyüşçülər, MMA, pankration və qrapplinq idman nüvərində Avropa, dünya və respublika çempionatında mükafat qazanan idmançılara, fərqlənən peşəkar-idmançılara ilin idmançısı fəxri diplomu təqdim edilib.
Həmçinin fərqlənən məşqçilərin "İlin məşqçisi", uğur qazanan klublar "İlin klubu", Ən yaxşı hakimlərə "İlin hakimi" və KİV-ə "İlin Media qurumu" fəxri diplomları təqdim olunub.
Federasiyaya üzv olan yeni məşqçilərin sertifikatları təqdim olunub. Sonra ilin yarışlarının və idmançıların qələbələri haqda video-təqdimat yayımlanıb.