Çempionatın ən intizamsız komandası isə "Kəpəz"dir. Gəncə təmsilçisi ilk 2 dövrədə ümumilikdə 52 vərəqə ilə cəzalanıb ki, bunların 45-i sarı, 7-si isə qırmızıdır.
Misli Premyer Liqasında 2022/2023 mövsümünün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub. Matc.az xəbər verir ki, qış fasiləsinədək ən intizamlı kollektiv "Qarabağ"dır. "Köhlən atlar" geridə qalan 18 tur ərzində ümumilikdə 24 sarı vərəqə alıb.
çempionatın ən intizamsız komandası isə "Kəpəz"dir. Gəncə təmsilçisi ilk 2 dövrədə ümumilikdə 52 vərəqə ilə cəzalanıb ki, bunların 45-i sarı, 7-si isə qırmızıdır.
Bu göstərici üzrə sıralamada "Sabah" ikinci pillədə qərarlaşıb. Bakı klubu 45 sarı və 5 qırmızı vərəqə ilə "sarı-göylər"in ən yaxın izləyicisidir.
üçüncü sıranı "Qəbələ" tutur. "Qırmızı-qaralar"ın passivində 44 sarı və 2 qırmızı vərəqə var. "Səbail" 42 vərəqə (38 sarı, 4 qırmızı) ilə 4-cü, "Neftçi" 40 vərəqə (39 sarı, 1 qırmızı) vərəqə ilə 5-ci, "Sumqayıt" 37 vərəqə (35 sarı, 2 qırmızı) ilə 6-cı pillədə yer alıb.
36 vərəqəsi olan "Zirə" intizamsız komandaların siyahısında 7-ci olsa da, "qırmızı" baxımından (5) yalnız "Kəpəz"dən geri qalır. Mövsümün ilk yarısında "qartallar"la eyni sayda vərəqə alan "Şamaxı" 8-cidir. "Şirlər" 18 turda 34 dəfə "sarı", 2 dəfə "qırmızı" ilə cəzalanıb.
Passivində 31 sarı və 2 qırmızı vərəqə olan "Turan Tovuz" isə "Qarabağ"dan sonra 2-ci ən intizamlı komandadır (report).
Ən intizamsız komandaların siyahısı
1. "Kəpəz" - 45 (sarı vərəqə), 7 (qırmızı vərəqə)
2. "Sabah" - 45 (sarı), 5 (qırmızı)
3. "Qəbələ" - 44 (sarı), 2 (qırmızı)
4. "Səbail" - 38 (sarı), 4 (qırmızı)
5. "Neftçi" - 39 (sarı), 1 (qırmızı)
6. "Sumqayıt" - 35 (sarı) 2 (qırmızı)
7. "Zirə" - 31 (sarı), 5 (qırmızı)
8. "Şamaxı" - 34 (sarı), 2 (qırmızı)
9. "Turan Tovuz" - 31 (sarı), 2 (qırmızı)
10. "Qarabağ" - 24 (sarı vərəqə)