2023-cü ilin yanvar ayında Azərbaycanda ənənəvi "Arpaçay Open" beynəlxalq karate turniri keçiriləcək. Matc.az xəbər verir ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir Gənclər və İdman Nazirliyinin dəstəyi, "Arpaçay" Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə keçiriləcək.
 
"Arpaçay" Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynovun sözlərinə görə, ölkəmizdə 7-ci dəfədir təşkil olunan beynəlxalq turnir 20-22 yanvarda Bakı İdman Sarayında keçiriləcək. 3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi yanvarın 21-də Bakı İdman Sarayında baş tutacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar.
 
Klubun rəhbəri onu da bildirib ki, beynəlxalq turnirdə 10-a yaxın xarici ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən çox idmançının iştirakı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest