Pandemiyadan sonra ilk beynəlxalq yarışda iştirak edən kikboksçularımız qardaş ölkədən 49 medalla qayıdıb. Bu medalların 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan Dünya Kubokunu 5-ci sırada bitirib.

Bu il Azərbaycanın kikboksinq milliləri 2022-ci ildə keçirilmiş beynəlxalq yarışlardan 101 medalla qayıdıblar. Matc.az Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar əyar baxımından 27 qızıl, 25 gümüş və 49 bürünc medaldır.
 
Federasiyanın ilk sınaq xarakterli yarışı 13-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında keçirilmiş 7-ci Türk Açıq Dünya Kuboku olub. Pandemiyadan sonra ilk beynəlxalq yarışda iştirak edən kikboksçularımız qardaş ölkədən 49 medalla qayıdıb. Bu medalların 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan Dünya Kubokunu 5-ci sırada bitirib.
 
Daha sonra kikboksçularımızilk dəfə Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarına qatılıb. 16-18 avqust tarixlərində baş tutmuş kikboksinq yarışlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan İslamiadanı 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medal olub. Yekun sıralamada milli kikboksinq yarışlarında ilk "3-lüy"ə düşüb. Komandamız yalnız meydan sahibi Türkiyə və Qazaxıstandan geri qalıb.
 
Oktyabrın əvvəllərində uşaq, yeniyetmə və gənclər arasında İtaliyanın Yezolo şəhərində keçirilmiş dünya çempionatında isə tarixi nəticəyə imza atılıb. Hikmət Hacıyevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk dəfə 20 medal (7 qızıl, 6 gümüş, 7 bürünc) qazanıb.
 
Azərbaycan kikboksçularının WAKO təqvimində yer alan, iştirak etdiyi son yarış da qardaş ölkədə baş tutub. Noyabrda Türkiyənin Antalya şəhərində keçirilmiş böyüklər və veteranlar arasında Avropa çempionatında da kikboksinq millisi uğurlu çıxışla yadda qalıb. Belə ki, Elşən Abdulrəhimovun baş məşqçisi olduöu yığma komanda qitənin mötəbər turnirini 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medal olub.
 
Bundan başqa, post-pandemiya dövründə qurum 3 daxili yarış keçirib. Bunlar böyüklər arasında 26-cı Azərbaycan çempionatı (20-22 may), gənclər və yeniyetmələr arasında 26-cı Azərbaycan birinciliyi (1-3 iyul) və Respublika Kuboku (6-9 dekabr) yarışlarıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest