Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" Türkiyəyə yollanıb. Matc.az xəbər verir ki, Ağdam klubu qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb.

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" Türkiyəyə yollanıb. Matc.az xəbər verir ki, Ağdam klubu qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb.
 
Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.
 
Xatırladaq ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya "çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək.
 
Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest