Futzal üzrə Yüksək Liqada, eləcə də Birinci və İkinci liqalarda iştirak edən klublar üçün "qış transfer pəncərəsi" yanvarın 3-də açılıb.
 
Matc.az xəbər verir ki, komandalar yeni transferlərini fevralın 1-i, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.
 
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest