"TikTok"da baxış sayına görə 2022-ci ildə dünyanın ən populyar 10 klubu açıqlanıb. Matc.az saytı xəbər verir ki, siyahıya Madrid "Real"ı başçılıq edir.
 
İspaniya klubunun videolarına il ərzində sosial şəbəkədə 3 milyarddan çox baxış toplanıb. "Kral klubu" əzəli rəqibi "Barselona" izləyib. üçüncü yerdə isə Fransa nəhəngi PSJ qərarlaşıb.
 
1. "Real" (İspaniya) – 3,08 milyard baxış
2. "Barselona" (İspaniya) - 2,92 milyard
3. PSJ (Fransa) - 2,42 milyard
4. "Mançester Yunayted" (İngiltərə) – 1,90 milyard
5. "Mançester Siti" (İngiltərə) – 1,53 milyard
6. "Yuventus" (İtaliya) - 1,47 milyard
7. "Zenit" (Rusiya) - 1,25 milyard
8. "Roma" (İtaliya) - 984 milyon
9. "Liverpul" (İngiltərə) - 941 milyon
10. "Bavariya" (Almaniya) - 927 milyon.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest