14 Yanvar 2023, 18:23
FUTBOL
Kadi yeni komandasında 20 nömrəli formanı geyinəcək.
“Krasnodar” braziliyalı yarımmüdafiəçi Kadi Borgesin transferini açıqlayıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
Kadi yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Braziliyalı futbolçu 2021-ci ilin yayından “Qarabağ”da çıxış edirdi. O, Ağdam təmsilçisində bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Turan