17 Yanvar 2023, 18:21
FUTBOL
“Zirə” Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib. Matc.az xəbər verir ki, Bakı klubu “Seqed-Çanad”la qarşılaşıb.
Macarıstan komandası ilə görüş təmsilçimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Paytaxt klubunun heyətində yeganə qola 34-cü dəqiqədə Toni Qomes imza atıb.
“Zirə” bu gün daha bir matçda qüvvəsini sınayıb. Rəşad Sadıqovun kollektivi Bakı vaxtı ilə saat 16:30-da “Radniçki” (Serbiya) ilə üz-üzə gəlib. Bu oyunda isə qapılara qol vurulmayıb.
Bununla da bakılıların Türkiyə toplanışı başa çatıb.